Xalq artisti Səməd Səmədov avtomobilini göstərib.

Axşam.az-ın məlumatına görə, müğənninin maşınını "Evdəkilərə salam" verilişi görüntüləyib.

S.Səmədov ağ rəngli "Land Cruiser" markalı avtomobilinin "10 SS 917" dövlət nömrə nişanının mənasını da açıqlayıb:

"Uzun illərdir bu nömrəni istifadə edirəm. Maşınımı dəyişsəm də, onu saxlayıram. SS - Səməd Səmədovun baş hərfləridir. 917 isə mənim doğum tariximdir: 9-cu ayın (sentyabrın) 17-də dünyaya gəlmişəm".

Milli.Az

Səməd Səmədov: "Maşınımı dəyişsəm də, onu saxlayıram" - FOTO
Səməd Səmədov: "Maşınımı dəyişsəm də, onu saxlayıram" - FOTO