Yəməndə bunu 18 yaşınadək edə bilməzlər

Yəməndə bunu 18 yaşınadək edə bilməzlər
14:13 23 Yanvar 2015
443 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir Məftun Salmanov/

Yəməndə nikaha girmək üçün minimum yaş həddi müəyyənləşdirilib. Trend-in cümə günü xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, 18 yaşına çatmayan oğlan və qızlar ailə həyatı qura bilməzlər.

Bu addımın ölkədə erkən nikahların qarşısının alınması üçün atıldığı bildirilir. Lakin qanunun əleyhinə çıxanlar da var.

"Human Rights Watch" təşkilatının məlumatına əsasən, Yəməndə orta hesabla qızların 52 faizi yetkinlik yaşına çatmadan ərə verilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR