Çinin Sincan-Uyğur bölgəsində müsəlman uyğur türklərinə qarşı tərədilən zorakılıqlara ABŞ-ın paytaxtı Vaşinqtonda etiraz edilib.

ANS TV-nin məlumatına görə, Uyğur Amerika Dərnəyinin təşkilatçılığı ilə keçirilən aksiyaya azərbaycanlılar və türklər də dəstək olaraq qatılıb. Vaşinqtonun mərkəzində təxminən 150 nəfərin toplaşdığı aksiyada etirazçılar əllərində müxtəlif şüarlar yazılmış plakatlar tutublar.

Aksiyada “Çin insan haqlarını pozmağı dayandır, Uyğurlara qarşı soyqırımı dayandır, Uyğurlara azadlıq” şüarları səsləndirilib. Çıxış edənlər 1949-cu ildə Çinin Şərqi Türküstanı işğal etməsindən sonra uyğurların hələ də Çin kommunist rejimi altında yaşamağa məcbur olduqları, Çinin isə bu milli azlığa qarşı ədalətsiz davrandığı, insan haqlarını pozduğu bildirilib. Aksiyada Çindən qaçaraq Taylanda sığınan 115 insanı yenidən Çinə təhvil verdiyinə görə Tayland höküməti də tənqid edilib.

Aksiya işritakçıları beynəlxaq aləmi Çində baş verənlərə laqeyid qalmamağa səslədi.

Dünya Uyğur Konqresinin sədr müavini Ömər Kanat 67 nəfər sığınanları geri verməməyə çağırır.

Aksiya iştirakçısı Ferhad Bilgin bildirdi ki, Çin müsəlmanlara qarşı zorakılıqlar törədir. Uyğur türklərinin dini, mədəniyyəti, dilinə qarşı hörmətsizliklər edilir.


Daha sonra aksiya iştirakçıları Tailand səfirliyinə doğru yürüş edərək və aksiyalarını orada davam etdiriblər.