[ 13 İyul 2015 19:38 ]
Bakı. Fərid Mirzəyev – APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov rusiyalı həmkarı Sergey Şoyquya, Azərbaycan müdafiə nazirinin I müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov isə Rusiya müdafiə nazirinin I müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimova Omsk şəhərindəki hərbi hissədə insan itkisi ilə nəticələnən bədbəxt hadisəyə ilə əlaqədar başsağlığı məktubu ünvanlayıblar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məktubda bildirilir:
“Rusiya Federasiyası Hava Desant Qoşunlarının təlim mərkəzindəki kazarmanın uçması nəticəsində çoxsaylı insan tələfatı və xəsarət alanlar barədə xəbər bizi sarsıtdı. Faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımızdan və Silahlı Qüvvələrin şəxsi heyəti adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir və tezliklə sağalmalarını arzu edirik”.