Bayram günlərində Bakıda marşrut avtobuslarının sayı artırılacaq

13:57 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 13:51 ]

Bakı. Aynur Əliyeva - APA-Economics. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar olaraq Bakıda sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələri gecə saatlarına qədər işləyəcək.

Bu haqda “APA-Economics”ə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov məlumat verib.

 

Ə. Cəfərov deyib ki, ictimai nəqliyyat vasitələri gecə saat 01:00-dək işləyəcək.

 

“Əsasən əhalinin sıxlığı olacaq yerlərdə nəqliyyat vasitələrinin sayı artırılacaq. Tam tələbatı yerinə yetirmək üçün ehtiyatda nəqliyyat vasitələri mövcuddur”, - deyə Ə. Cəfərov qeyd edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR