Azərbaycan və Türkiyə İT layihələrinin idarəetməsi sahəsində əməkdaşlıqlarını genişləndirirlər

Azərbaycan və Türkiyə İT layihələrinin idarəetməsi sahəsində əməkdaşlıqlarını genişləndirirlər
17:11 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan Layihə İdarəetməsi Assosiasiyası (AzPMA)nın təşkilatçılığı ilə Bakıda Türk Layihə İdarəetməsi Assosiasiyasının prezidenti Çetin Elmas ilə görüş keçirilib.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, görüş Azərbaycan Texniki Universitetinin layihə və innovasiyaların idarəetməsi mərkəzində tələbə və magistrlərin iştirakı ilə keçirilib. Görüşün moderatoru qismində AzPMA-nın prezidenti İqbal Babayev çıxış edib.
 
Tədbir çərçivəsində beynəlxalq ISO standartlarının informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə layihə idarəetməsində istifadəsi mövzusunda müzakirələr aparılıb. Görüşdə gənc mütəxəssislər layihə menecmenti üzrə onları maraqlandıran sualları veriblər.
 
Qeyd edək ki, AzPMA artıq 5 ildir ki, Türk Assosiasiyası ilə əməkdaşlıq edir və İqbal Babayev IPMA-nın Türkiyədə nümayəndəliyinin açılması təşəbbüskarlarından biridir. Çetin Elmasın Azərbaycana səfərinin assosiasiyalar arasında əməkdaşlığın möhkəmləndirilməsinə, gənc mütəxəssislər arasında təcrübə mübadiləsinə, AzPMA-da mütəxəssislərin beynəlxalq  sertifikasiya prosesi ilə tanışlığa kömək edəcəyi gözlənilir.
 
Aynur Vəliyeva

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR