Bakı, 17 iyul, AZƏRTAC
Əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması və mədəniyyət sahəsində qabaqcıl təcrübənin mənimsənilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin hüquq sektorunun müdiri Namiq Qulamov, regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli və informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev iyulun 19-dan 25-dək M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təşkil olunan “Mədəniyyət sahəsində idarəetmə və siyasət” adlı kurslarda iştirak etmək məqsədilə Moskva şəhərinə ezam olunacaqlar.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kurslar çərçivəsində qurumun əməkdaşları üçün nəzəri mühazirələrlə yanaşı, bir sıra mədəniyyət müəssisələrinin rəhbərləri ilə rəsmi görüşlərin təşkili də nəzərdə tutulur.