Nazir: ““Sovetski”dəki muzeylər və memarlıq abidələri sökülməyəcək”

15:02 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 14:59 ]

Bakı. Cavid Zeynallı – APA. ““Sovetski”də 118 tarixi abidə var. Ola bilər, onların bəziləri tarixi abidə kimi o qədər də əhəmiyyətli deyil, amma muzey olduqları üçün yerində qalacaqlar. Misal kimi Cəlil Məmmədquluzadənin, Abdulla Şaiqin ev muzeylərini göstərə bilərəm”.

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib. Nazir əlavə edib ki, binalardan bəziləri tarixi və ya memarlıq əhəmiyyəti daşımır: “Elə binalar var ki, onların da əhəmiyyəti o qədər də çox deyil. Amma üzərlərində xüsusi memarlıq bəzəkləri var. Həmin binalar da məhz o bəzəklərə görə bu siyahıya salınıb. Əhəmiyyətinə görə ikinci dərəcəli hesab edilən binalardan təxminən 30-a yaxını sökülməyəcək”. 


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR