Dünyanın ən qəribə və ən ağır xəstəliklərindən birinə mübtəla olan bu xanım illər boyu davam edən əzablardan qurtulub. O, hipnoz vasitəsilə çarə tapıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Qərbi Sasseks qraflığında yaşayan 21 yaşlı Nataşa Semedo qidalanma davranışının pozuntusu sindromu (Selective Eating Disorder, SED) xəstəsi idi.
Nataşanın bəlası çox qəribə idi. O, fastfud restoranlarından alınan təamlardan savayı heç nə yeyə bilmirdi.
Bu təamlar isə bəlli, orqanizm və səhhət üçün çox zərərlidir.
Nataşanın sözlərinə görə, uşaqlıq illlərindən belə qidalanıb.
"Hətta səhər yeməyini fastfud restoranından sifariş verirdik. Özümü saxlaya bilmirdim. Müalicə də heç bir effekt vermirdi. Masanın üzərində normal qida, xörək və ya şirniyyat görəndə ağlayırdım. Pizza və ya Çin restoranından olan şorbanı isə ləzzətlə yeyirdim. Adi qidaları yeyəndə qarnım, başım ağrıyır, ürəyim bulanırdı. Yaşıdlarım da daim məni ələ salır, gülürdülər. Sonda çarə tapıldı. 18 illik bəlamdan hipnoterapiya vasitəsilə qurtuldum", - gözəllik salonunda bərbər işləyən N.Semedo söyləyib.
Madhörst şəhərinin sakini orlan Nataşa hipnoz terapiyasından sonra şüurlu həyatında ilk dəfə olaraq evdə hazırlanmış, sağlam rasionlu qida yeyə bilib.
Nataşanın dediyinə görə, kolleci başa vurub bərbər işləməyə başlayanda o, işdə nahar fasiləsi zamanı çips yeyəndə iş yoldaşları gülür, "Baxın, yenə çips yeyir" söyləyirdilər.
Nataşını "Hit" klinikasının mütəxəssisi, psixoloq və klinik terapiya üzrə hipnozçu Feliks Ekonomakis müalicə edib.
Milli.Az





