Milli.Az atv.az-a istinadən xəbər verir ki, tanınmış ifaçı Ebru Polat Ramazan bayramının birinci günü sevənləriylə "Aqua Dolphin"də görüşdü. Dərin dekoltesiylə diqqət çəkən Polat ifa etdiyi mahnını yarıda kəsərək: "Qızlar kişilərin başının ətini yeməyə davam edə bilirsizmi? Məncə, davam edin, xoşbəxt olmasınlar. Allah ilk kişiləri yaratdı, sonra baxdı ki, onlar çox xoşbəxtdirlər. Bizi onların başlarına bəla göndərdi", - deyib.
İfaçı konsertdən sonra Bodruma yollanacağını qeyd edib.
Qeyd edək ki, müğənni azərbaycanlı biznesmen sevgilisi olması barədə açıqlama vermiş, amma evlilik qərarını hələlik təxirə saldıqlarını bildirmişdi.
Milli.Az








