Somali vətəndaşları Davudoğluna belə təşəkkür etdi

Somali vətəndaşları Davudoğluna belə təşəkkür etdi
08:36 24 Yanvar 2015
133 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin baş naziri Əhməd Davudoğlu Türkiyə Somali münasibətləri barədə danışarkən zalda olan iki Somali vətəndaşı səhnəyə çıxaraq Davudoğluna təşəkkür edib.

ANS PRESS-in məlumatına görə, hadisə Davudoğlu, prezident Rəcəb Tayyib Ərdoğanın Somaliyə səfəri zamanı 3 nəfərin ölümü, 3 nəfər yaralanması ilə nəticələnən terror hücumunu şərh edərkən baş verib.

Davudoğlu çıxışı zamanı belə çirkin hücumlara baxmayaraq, Türkiyə ilə Somali arasında qardaşlıq münasibətlərinin qalacağını deyib. Bu zamanı Somalidən olan vətəndaşlar əllərində türk bayrağı ilə səhnəyə çıxaraq Davudoğluna minnətdarlıq ediblər.

Davudoğlu nitqini yarımçıq qoyaraq fəalları salamlayıb və onların bu hərəkətini iki ölkə arasındakı dostluq münasibətlərinə bir ismarış kimi dəyərləndirib.

“Bu, bir təşəkkür salamlıdır… Onların burada olması Türkiyənin Somaliyə səfərinə edilən hücumuna bir cavabdır”.

Davudoğlu 20-ci əsrdə Türkiyənin Somali sahillərində müstəmləkəçiliyə qarşı mübarizə apardığını, bundan sonra da Türkiyənin şəfqəti və qüdrətinin Somalinin, Afrikanın üzərində olacağını vurğulayıb.
Mənbə
IHA


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR