Xalq artisti Aygün Kazımova ilə işbirliyinə son qoyan prodüser Tolik yeni təkliflər alıb.

Bu haqda Axşam.az-a açıqlamasında prodüser özü deyib.

O, müğənni Günay İbrahimli ilə işləyəcəyi haqda yayılan xəbərlərə də aydınlıq gətirib:

“Ətrafda bizim birlikdə çalışmağımızı istəyənlər çoxdur. Eyni zamanda buna görə narahat olanlar da az deyil. Rahat olun, biz dostuq. Amma o narahat olanlara demək istəyirəm ki, onsuz Günay sizlə işləməyəcək. Mənim 36 yaşım var, heç kimə təklif etmərəm ki, birlikdə çalışaq. İstəyən özü müraciət edir. Günayın xətrini çox istəyirəm, aramızda heç vaxt belə söhbət olmayıb. Tanınmış çox ifaçıdan təklif almışam. Hələ ki yeni bir işbirliyi haqda düşünmürəm. Eltonun (müğənni Elton Hüseynəliyev – red.) işləri çoxdur. Elə ifaçı ilə çalışmalıyam ki, Eltonla uyğun gəlsin, toylara birlikdə qatıla bilsinlər”.