[ 22 İyul 2015 17:46 ]
"APA-Economics" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında AZAL sərnişin aviaşirkətinin direktoru Eldar Hacıyev deyib.
Onun sözlərinə görə, avqustun 7-dən başlayaraq Türkiyəyə bazar ertəsi, çərşənbə və cümə günləri aşağı büdcəli uçuşlar təşkil olunacaq.
"AZAL 2006-cı ildən Avrozonaya daxil edildiyindən, qiymətlər avro ilə hesablanır. Buna görə, lou-kost uçuşlar üçün qiymətlər avro ilə hesablanacaq. 99 avroluq qiymət 2 saat yarım gəliş və 2 saat gediş olan uçuşlar üçündür. Turoperatorları da avqustun 1-dən bu sistemdən istifadə edə biləcək", - deyə E. Hacıyev qeyd edib.
Onun sözlərinə görə, lou-kost uçuşlardan istifadə edən sərnişinlər yalnız əl yükü götürə biləcəklər: "23 kiloqrama qədər olan baqajlar üçün 50 manat ödəniləcək".