Bakı, 23 iyul, AZƏRTAC
"DəmirBank"ın VİSA və ya VİSA Elektron plastik kartları ilə Maldiv adalarına bir həftəlik səyahət şansı qazanmaq mümkündür.
Bankdan AZƏRTAC-a bildiriblər ki, VİSA plastik kart sahibləri "GoldenPay" sistemi vasitəsilə hesab.az portalında ödəniş etməklə Maldiv adalarına səyahət şansı ilə yanaşı, 10 ədəd televizor, 10 ədəd iPad Mini 3 və 100 ədəd 20 AZN dəyərində hədiyyə kartları qazana bilərlər. Visa və Visa Elektron kart sahibləri kampaniyada iştirak etmək üçün bir dəfəyə minimum 10 AZN ödəniş etdikdə 1 lotereya şansı əldə edir, 50 AZN və ondan yuxarı ödəniş etdikdə isə uduş şansı 2 dəfə artır. Bir lotereya şansı yalnız bir hədiyyə üçün etibarlıdır.
Qeyd edək ki, qaliblər xüsusi proqram təminatı vasitəsilə təsadüfi yolla seçiləcək. Qaliblərin müəyyən olunacağı lotereya tədbiri sentyabrın 3-də keçiriləcək.