Bakı, 24 iyul, AZƏRTAC
“Current Biology” nəşrində dərc edilmiş tədqiqatın nəticələrinə əsaslanan həkimlər iş rejiminə görə gecələr oyaq qalan qadınlarda süd vəzi xərçəngi riskinin arta biləcəyinə diqqəti cəlb ediblər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, alimlər siçan üzərində aparılmış tədqiqatın nəticələrini insan üzərində də yoxlamaq fikrindədirlər.
Onlar qadınlara növbəli iş rejimini nəzərdə tutan peşə fəaliyyətindən uzaq durmağı məsləhət görürlər. Elmi dərgidə dərc olunan hesabatda qeyd olunduğu kimi, yuxu rejiminin pozulması kökəlməyə və xərçəngə səbəb ola bilər. Belə ki, eyni miqdarda qida qəbul edən siçanlar arasında yuxuları pozulan siçanların çəkisi normadan 20 faiz artıq olub.
İnsanlar üzərində aparılmış tibbi müşahidələr bioloji ritmin pozulmasından əziyyət çəkən qadınlarda süd vəzi xərçənginin yaranması ehtimalının daha yuksək olduğunu aşkar edib.