Axşam.az-ın məlumatına görə, K.Zeynallı xanımının onu qısqandığını etiraf edib:
“Söz-söhbət qısqanclıqdan olub. Bəylər özünü hər zaman haqlı çıxarmağa başlayır. Kişi özünə fikir verəndə qadın qısqanır. Mənim də qısqandığım anlar olur. Ailəsinə bağlı bəydə bu hislər olmalıdır. Amma həddi olmalıdır ki, onu bezdirməyəsən. Öz xanımımla şəhərə çıxanda qızlar yaxınlaşır, salamlaşır. Qadın qısqanır. Hərdən Gülay da başa düşür ki, mənim işim xanımlarladır. Bir dəfə telefonumda mesaj görmüşdü. Amma mən o xanıma cavab verməmişdim. Silməyi unutmuşdum. Çox əsəbiləşmişdi. Bir həftə söz-söhbət oldu. Axırda münasibətimiz düzəldi”.
G.Zeynallı həyat yoldaşının etirafına münasibət bildirib:
“Efirdə ailə haqda danışmağı sevmirəm. Hər ailədə söz-söhbət olur. Problemi həll etmək lazımdır. Hər xırda davada boşanmaq olmaz. Kamilin bu söhbəti danışacağını gözləmirdim. O mesaj yazan xanımlar mənim övladıma qurban olsun. Bu halları görəndən sonra qadın güclü olur. Düşüncəsi olan qadın yazmaz ki, ailəsi var. Evli birinə yazmaqla sən nə qazanırsan? Heç vaxt Kamilin telefonuna baxmıram. Onun mənim telefonu yoxlaması normaldır. Bilirəm ki, nəsə olacaq. Ya gərək boşanasan, ya da dərd çəkəsən. Ailəni dağıtmaq istəyirəmsə, bütün günü telefonuna baxaram. İstəmirəm... Özümü boş yerə cürütmək istəmirəm".