Mətbəx sirləri: Kəsmikli bulkalar

Mətbəx sirləri: Kəsmikli bulkalar
07:05 25 Yanvar 2015
589 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az yağsız, kəsmikli bulkaların hazırlanma qaydasını təqdim edir

Tərkibi:

400-500 q kəsmik
2 yumurta
2 x.q. şəkər tozu
1 paket qabartma tozu
2 st. un
0,5 ç.q. duz

Kəsmik və şəkər tozunu yaxşıca qarışdırın. Yumurta əlavə edib yenə qarışdırın.

Un və qabartma tozu (sirkədə söndürülmüş 0,5 ç.q. soda da olar) əlavə edin, yoğurun.

Xəmir yumşaq olmalıdır. Onu 16 yerə bölüb kündələyin.

180 dərəcə qızdırılmış sobada 20 dəqiqə, üzəri qızaranadək bişirin.

Bu bulkaların xəmirinə provans otları, pendir, yaxud kişmiş qata, üzərinə şokoladlı qlazur çəkə, şəkər pudrası səpə bilərsiniz - hansını seçsəniz, hamısında xəmir eyni gözəllikdə, dadlı olacaq.

Nuş olsun!

Resept: vk.com/cookinder

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR