[ 29 İyul 2015 11:05 ]


Hadisə Ağdam istiqamətində baş verib

Bakı. Ağa Cəfərli - APA. Cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd DJI Inspire1 (Quadcopter) pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəş nəticəsində məhv edilib.

APA-nın məlumatına görə bu barədə Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Qeyd edək ki, bir müddət əvvəl də Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinin bir neçə pilotsuz uçan aparatını çəhv etmişdi.