İtaliya mətbuatı: Heydər Əliyev Beynəlxalq Aeroportu Qafqaza açılan yeni qapıdır

İtaliya mətbuatı: Heydər Əliyev Beynəlxalq Aeroportu Qafqaza açılan yeni qapıdır
16:28 25 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Roma, 25 yanvar, AzərTAc
İtaliyanın bir sıra informasiya portallarında Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi ilə bağlı yazılar yerləşdirilib.
Kompleks haqqında ətraflı məlumatların yer aldığı yazılarda bildirilir ki, Heydər Əliyev Beynəlxalq Aeroportu Qafqaza açılan yeni qapıdır. İldə 6 milyon sərnişin daşıma gücünə malik olan yeni aerovağzal kompleksinin ümumi sahəsi 65 min kvadratmetrdir. Müasir və maraqlı memarlıq xüsusiyyətləri ilə seçilən kompleksin dizaynında taxta, daş, şüşə, metal kimi elementlərdən istifadə olunub. Burada hər bir sərnişinə yüksək səviyyəli xidmətin göstərilməsi üçün məntəqələr var. Bu da azərbaycanlıların qonaqpərvərliyini nümayiş etdirən ən önəmli amillərdəndir.
Məqalələrdə oxucuların diqqətinə çatdırılır: “Kompleksin daxili və xarici görünüşü, məkanların tərtibatında istifadə olunan qeyri-adi elementlər ənənəvi hava limanı anlayışından kənara çıxaraq daha mülayim və xoş təsir bağışlayan bir məkanı xatırladır. Burada əsas məqsəd sərnişinlərin özlərini evlərindəki kimi rahat hiss etmələri üçün lazımı şəraitin yaradılmasıdır”.
Maqsud Dadaşov
AzərTAc-ın xüsusi müxbiri,
Roma


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR