AzərTAc-ın müxbiri Avropa Komissiyasının jurnalistlər üçün keçirdiyi seminarda iştirak edib

AzərTAc-ın müxbiri Avropa Komissiyasının jurnalistlər üçün keçirdiyi seminarda iştirak edib
07:53 26 Yanvar 2015
105 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc 
Belçikanın Brüssel şəhərində Avropa Komissiyası və Avropa Jurnalistika Mərkəzinin təşkilatçılığı ilə Britaniyada fəaliyyət göstərən xarici jurnalistlər üçün ikigünlük seminar təşkil edilib.
AzərTAc xəbər verir ki, məqsədi jurnalistlər arasında təcrübə mübadiləsinin həyata keçirilməsi, əlaqələrin daha da genişləndirilməsi olan tədbirdə müxtəlif ölkələrdən media nümayəndələri iştirak ediblər.
Seminarda Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) Böyük Britaniya üzrə xüsusi müxbiri Orxan İsmayılov da iştirak edib.
Tədbirin ilk günündə ümumi tanışlıq, Avropa İttifaqının (Aİ) rəsmilərinin bu qurumun sistemi, strukturu, dünya siyasətində rolu və mövqeyi kimi mövzularda məruzələri dinlənilib.
Seminarın ikinci günündə dünyada aktual olan mövzular müzakirə edilib və Aİ-nin bu mövzularda mövqeyi bildirilib.
Tədbirdə AzərTAc ilə yanaşı, Avstraliyanın “Fairfax”, Rusiyanın “RİA Novosti” agentliklərinin, Danimarkanın, Misirin, Finlandiyanın, Hindistanın və Türkiyənin bir sıra qəzetlərinin, Yunanıstan, Ukrayna, Cənubi Afrika Respublikası və Britaniyanın bir sıra televiziya kanallarının müxbirləri iştirak ediblər.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AzerTAc_in_muxbiri_Avropa_Komissiyasinin_jurnalistler_uchun_kechirdiyi_seminarda_istirak_edib-827428

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR