Dünya şöhrətli müğənni Uitni Hyustonun qızı Bobbi Kristina Braun Atlantada anasının qəbrinin yanında dəfn edilib. ANS PRESS-in məlumatına görə, dəfn mərasimi Uitni Hyustonun “Jesus Loves Me” mahnısının sədaları altında keçib.

can üstə olan 22 yaşlı Bobbi Kristina Braun 6 ay komada qaldıqdan sonra iyulun 27-də vəfat edib. Onun narkotik aludəçisi olduğu bildirilirdi.