Sərginin müddəti uzadıldı (FOTO)

Sərginin müddəti uzadıldı (FOTO)
19:43 26 Dekabr 2014
91 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

“Velosiped idmanı gənc rəssamların gözü ilə” mövzusunda rəsm, heykəl və dekorativ sənət əsərləri üzrə keçirilən müsabiqəyə təqdim edilmiş əl işlərinin "Park Bulvar" AVM-də sərgisi davam edir.

Xatırladaq ki, müsabiqə Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) tərəfindən Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tələbə Gənclər Təşkilatı ilə birlikdə velosiped idmanının inkişafına töhfə vermək məqsədilə keçirilib.

Federasiyadan Trend-ə verilən məlumata görə, dekabrın 24-də mükafatlandırma mərasimi keçirilən müsabiqəyə təqdim edilmiş əsərlərə maraq olduqca böyükdür. "Park Bulvar" AVM-də təşkil edilən sərginin əvvəlcədən 3 gün davam etməsi planlaşdırılsa da, ticarət mərkəzinin rəhbərliyi insanların marağını nəzərə alaraq sərginin daha bir neçə gün davam etməsi təklifi ilə AVİF-ə müraciət edib. Tərəflərin razılığı ilə sənət əsərləri sərgisinin yanvarın 1-dək uzadılması qərara alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2348150.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR