Qənirə Paşayeva Qarabağ qazisi Fəxrəddin Rəhimova baş çəkib

Qənirə Paşayeva Qarabağ qazisi Fəxrəddin Rəhimova baş çəkib
16:09 6 Avqust 2015
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Qarabağ qazisi Fəxrəddin Rəhimov ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Lent.az-ın məlumatına görə, bu barədə qaziler.az saytına  “Qarabağ qaziləri” birliyinin rəhbərləri Etimad Əsədov və Firudin Məmmədov məlumat verib.  Onlar həkimlərə istinadən bildirirlər ki, müayinə və analizlərdən sonra bəlli olub ki, xəstənin durumu çox ağırdır. Onun qara ciyərinin bir hissəsində quruma gedərək fəaliyyətini itirib. Xəstənin yanında yataq yarası açılaraq qarşısıalınmaz həddə çatıb.

Hadisədən xəbər tutan Millət Vəkili Qənirə Paşayeva bu gün səhər xəstəxanaya gələrək xəstəyə baş çəkib, Qazilər birliyinin rəhbərləri və həkimlərlə görüşüb. Həkimlərin müzakirəsindən sonra Respublika Travmatologiya Xəstəxanasından Professor Çingiz Əlizadə dəvət edilib. O, bildirib ki, vəziyyət ümidsiz deyil, amma xəstəni bu vəziyyətdə tərpətmək olmaz. Elə Respublika Klinik Xəstəxanasında müalicə edilib, əməliyyat olunacaq. 

Xəstənin həyatını xilas etmək üçün Respublika Klinik Xəstəxanasının həkim personalı əlindən gələni edir.

F.Rəhimov 1992-ci ilin yayında Ağdamın Abdal-Gülabıl kəndi istiqamətində gedən döyüşlərdə aldığı çoxsaylı qəlpə yarası ilə ömürlük yataq xəstəsinə çevrilib. 18 yaşından əlil arabasına məhkum olunan Qarabağ qazisinin vəziyyəti son günlər daha da ağırlaşdığından onu Ağdamdan Bakıya gətiriblər.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/210778

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR