Məhəmməd Salahın yeni iş yeri müəyyənləşib.
Metbuat.az-ın məlumatına görə, misirli futbolçu karyerasını "Roma"da davam etdirəcək. "Canavarlar" onu 5 milyon avro qarşılığında icarəyə götürüblər. Müqavilə 4 il müddətinə nəzərdə tutulub.
Artıq vinqerin "Roma"da geyəcəyi forma nömrəsi də müəyyənləşib. Salah yeni klubunda 11 nömrəli forma altında çıxış edəcək.
Qeyd edək ki, 23 yaşlı oyunçunun müqavilə haqları "Çelsi"yə məxsusdu.
