Azərbaycan Sığortaçılar Assosiasiyası Təsisçilərinin Ümumi Yığıncağının iclası keçirilib (FOTO)

Azərbaycan Sığortaçılar Assosiasiyası Təsisçilərinin Ümumi Yığıncağının iclası keçirilib (FOTO)
14:18 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

Ötən həftə Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) təsisçilərinin ümumi yığıncağı keçirilib.

ASA-dan Trend-ə verilən xəbərə görə, iclasda 2014-cü il büdcəsinin hesabatı verilib. 2015-ci ilin büdcəsi ətrafında isə geniş müzakirələr aparıldıqdan sonra büdcə səsə qoyulub və yekdilliklə qəbul olunub.

Yığıncaqda 2014-cü ildə ASA-nın gördüyü işlər və həyata keçirilən layihələrlə bağlı hesabat verilib.

2015-ci ildə göruləcək işlərin planı və həyata keçirilməsi keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı müzakirələr aparılıb.

İclasda Sığorta Agentlərininin III Milli Forumunun fevral ayının sonuna yaxın Bakıda keçirilməsi qərara alınıb. 6-cı Azərbaycan Beynəlxalq Sığorta Forumunun isə iyulun əvvəlində keçirilməsi haqqında qərar verilib.

Həmçinin, Almaniyanın Baden-Baden şəhərində ənənəvi olaraq keçirilən sığorta və təkrarsığorta həftəsində "Azərbaycan gecəsinin" təşkili məsələləri də müzakirə olunub və tədbirin keçirilməsi barədə qərar qəbul olunub.

Yığıncaqda Azərbaycanda fəaliyyət göstərən bütün sığorta şirkətlərinin rəhbərləri iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR