Azərbaycan ilə Afrika İttifaqı arasında təhsil, elm və texnologiya sahələrində əməkdaşlığın inkişafı üçün güclü potensial var

Azərbaycan ilə Afrika İttifaqı arasında təhsil, elm və texnologiya sahələrində əməkdaşlığın inkişafı üçün güclü potensial var
16:13 7 Avqust 2015
96 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 avqust, AZƏRTAC 
Azərbaycanın Afrika İttifaqı yanında daimi nümayəndəsi Elman Abdullayev bu təşkilatın insan resursları, elm və texnologiya məsələləri üzrə komissarı Martial De-Paul İkounga ilə görüşüb.
Azərbaycanın Efiopiyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə E. Abdullayev ölkəmiz haqqında ətraflı məlumat verib. O, Azərbaycanın elm və texnologiya, təhsil sahələrində regionun qabaqcıl ölkəsinə çevrildiyini diqqətə çatdırıb. Səfir hələ SSRİ dövründə Azərbaycanın Afrika ölkələri ilə təhsil sahəsində geniş əməkdaşlığının olduğunu və minlərlə afrikalının Azərbaycanın müxtəlif universitetlərindən və digər təhsil ocaqlarından məzun olduğunu bildirib.
Afrika ölkələrinin Azərbaycanın təhsil müəssisələrinin yüksək səviyyəyə malik olması barədə məlumatlı olduqlarını qeyd edən Martial De-Paul İkounga bu sahədə Afrika İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yeni müstəviyə qaldırılmasının vacibliyini vurğulayıb. O, Afrika İttifaqı ölkələri ilə Azərbaycan arasında təhsil, elm və texnologiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün güclü potensialın mövcud olduğunu bildirib.
Görüşdə tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün təcrübə mübadiləsinin aparılmasının və qarşılıqlı səfərlərin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ile_Afrika_Ittifaqi_arasinda_tehsil_elm_ve_texnologiya_sahelerinde_emekdasligin_inkisafi_uchun_guclu_potensial_var-876077

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR