​Avropa Liqasında "Qarabağ" və "Qəbələ"nin rəqibləri müəyyənləşib

​Avropa Liqasında "Qarabağ" və "Qəbələ"nin rəqibləri müəyyənləşib
16:37 7 Avqust 2015
410 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 7 avqust. REPORT.AZ/ Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, Azərbaycan təmsilçiləri "Qarabağ" və "Qəbələ"nin də rəqibləri məlum olub.
Ağdam təmsilçisi qrup mərhələsində iştirak etmək üçün "Yanq Boys" (İsveçrə) səddini keçməlidir. "Qırmızı-qaralar" isə "Panatinaikos"dan (Yunanıstan) üstün olmalıdır.
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab oyunları isə bir həftə sonra keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/avropa-liqasi-qarabag-qebele-reqib-oldu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR