Aşıq Samirə Əliyeva uzun müddətdir gündəmdən uzaqlaşmasının səbəbini açıqlayıb.

Axşam.az-ın əməkdaşı ilə söhbətində sənətçi müalicə olunduğunu bildirib:

“Xroniki yorğunluqdan əziyyət çəkirdim. Əsəblərim korlanmışdı. Həkim məsləhət gördü ki, hər şeydən uzaqlaşıb, müalicə almalısan. Mən də uşaqlarımla birlikdə dincəlmyə getdim. Azərbaycanın bölgələrində oldum. Müalicə aldım. Sosial şəbəkədən tamamilə uzaqlaşdım. Son günlər xeyli çəki də itirmişəm. Heç bir pəhriz saxlamırdım. Sadəcə, vaxtlı-vaxtında qidalanırdım”.

S.Əliyeva hazırda yaradıcı işlərlə məşğul olduğunu bildirib:

“Ansambla birlikdə məşqlərə başlamışam. Bundan sonra efirlərdə ancaq canlı ifa edəcəm”.