Binəqədidə və Sumqayıtda termometr sınıb

Binəqədidə və Sumqayıtda termometr sınıb
17:54 7 Avqust 2015
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Binəqədi rayonunda mənzildə termometr sınması barədə müraciət daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, cihazın daxilindəki civə ətrafa dağılıb. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 13:05-də başa çatıb.

 

Oxşar hadisə Sumqayıt şəhərində də qeydə alınıb. Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri civəni yığıb və çirklənmiş ərazini demerkurizasiya ediblər. Əməliyyat saat 16:35-də yekunlaşıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/210915

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR