Sülhməramlı 4 hərbçini öldürdü, sonra intihar etdi

Sülhməramlı 4 hərbçini öldürdü, sonra intihar etdi
20:54 8 Avqust 2015
44 Dünya
Ölkə mətbuatı
A- A+

Mərkəzi Afrika Respublikasında ruandalı sülhməramlı 4 həmvətəni olan hərbçini qətlə yetirib sonra isə intihar edib.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” məlumat yayıb.

 

“İnsidentin səbəblərini müəyyənləşdirmək məqsədilə dərhal araşdırmalara başlanılıb. Biz bunun terror aktı olduğunu ehtimal edirik, həmçinin, psixi xəstəliyinin hadisəyə səbəb olduğunu da istisna etmirik”, deyə Ruandanın Müdafiə Nazirliyinin məlumatında bildirilir.  

 

Məlumata görə, insident nəticəsində 8 nəfər yaralanıb.

 

İnsidentin səbəbləri araşdırılır.  

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/211006

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR