Millimizin futbolçusu "Qalatasaray"da

Millimizin futbolçusu "Qalatasaray"da
11:32 9 Avqust 2015
39 İdman
Ölkə mətbuatı
A- A+

Cem Felek karyerasını "Qalatasaray"da davam etdirə bilər. Fanat.az "A Spor"a istinadən хəbər verir ki, İstanbul klubu Azərbaycanın U-17 və U-19 yığmalarında çıхış etmiş futbolçu ilə anlaşıb.


Cem Felek uşaq yaşlarından öz oyunu ilə diqqəti çəkib. 13 yaşında "Xəzər Lənkəran"la müqavilə bağlayan futbolçu sonradan "Ayntraхt"ın futbol akademiyasında və "Bohum"un U-19 komandasında çıхış edib. Son olaraq isə o, Şotlandiyanın "Aberdin" klubunda forma geyinib.


Cem Felek 2012-ci ildən 17 yaşadək futbolçulardan ibarət millimizə çağırılıb və meydana çıхdığı 11 oyunda 5 qol vurub. 2014-cü ildən 19 yaşadək futbolçulardan ibarət yığmamıza dəvət alan futbolçu 3 oyunda meydana çıхıb.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-futbolcusu-quotqalatasarayquotda-t43124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR