“Qətər Hava Yolları” yeni endirim aksiyasına başlayıb

“Qətər Hava Yolları” yeni endirim aksiyasına başlayıb
15:48 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, Ceyhun Rüstəmov, AzərTAc
“Qətər Hava Yolları” bəzi istiqamətlərdə aviabiletlərin qiymətinə endirim tətbiq edib.
Şirkətin Bakı nümayəndəliyindən AzərTAc-a bildiriblər ki, sərnişinlər Bakıdan Əbu Dabi, Küveyt, Beyrut, Salala, Maskat, Dammam, Bəhreyn, Nayrobi, Yohannesburq və digər şəhərlərə yeni qiymətlərlə səfər edə bilərlər.
Aksiya yanvarın 26-dan 28-dək alınan biletlərə şamil olunur. Uçuş tarixləri isə yanvarın 29-dan martın 26-dək olan dövrü əhatə edir.
Bilet sifariş etmək və əlavə məlumat almaq istəyənlər “Qətər Hava Yolları”nın Bakı ofisi ilə əlaqə saxlaya bilərlər: (+994 12) 404 89 01/02.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qeter_Hava_Yollari_yeni_endirim_aksiyasina_baslayib-827525

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR