Sevda Yahyayevanın konsertində nələr oldu? - FOTOSESSİYA

Sevda Yahyayevanın konsertində nələr oldu? - FOTOSESSİYA
11:52 10 Avqust 2015
112 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Sevda Yahyayevanın "İtmiş ada" adlı solo-konserti anşlaqla baş tutub.

"Yaşil Teatr"da saat 21:00-da nəzərdə tutulan konsertə müğənninin pərəstişkarları saat 20:00-dən axın etməyə başlayıblar.
 
Publika.az xəbər verir ki, Sevda bu sevginin qarşılığını özünəməxsus verib. Konsertində həm oxuyub, həm oynayıb, həm də aparıcılıq edərək əsl şou göstərib.
 
Səhnəyə təqdimatsız çıxan müğənni ilk mahnısını uğurla ifa edib. Necə deyərlər, birnəfəsə 3 mahnı ifa edən müğənni həyəcanını gizlədə bilməsə də, üzərinə düşəni layiqincə edib. Üçüncü mahnısını ifa etdikdən sonra tamaşaçıları ilə salamlaşaraq ona dəyər verən hər kəsə təşəkkürünü bildirib.
 
Konsertdə müğənni iki libas dəyişib. Gənc dizayner Lamiyə Süleymanovanın sırf onun üçün hazırladığı geyimlərdə möhtəşəm görünüb.
 
Müğənnini izləməyə gələnlər arasında Sevdanın bir sıra sənət dostları da olub.

Milli.Az


















Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/361907.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR