"Sumqayıt" daha 2 futbolçu ilə gücləndi

"Sumqayıt" daha 2 futbolçu ilə müqavilə imzalayıb.

Metbuat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"da çıxış etmiş Tural Rzayev və Fuad Məmmədzadə ilə 1 illik müqavilə imzalanıb.

Tural yeni iş yerində 23 nömrəli forma altında çıxış edəcək. Fuad Məmmədzadə isə 77 nömrəyə üstünlük verib.

Qeyd edək ki, "Sumqayıt" daha öncə Tural Abbaszadəni transfer etdiyini açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR