Türkiyənin Şırnak bölgəsində daha 5 nəfər terrorun qurbanı oldu

Türkiyənin Şırnak bölgəsində daha 5 nəfər terrorun qurbanı oldu
15:33 10 Avqust 2015
69 Dünya
Ölkə mətbuatı
A- A+


İstanbul, 10 avqust, AZƏRTAC
Türkiyənin Şırnak bölgəsindəki Silopi rayonunda PKK tərəfindən törədilmiş terror aktı nəticəsində dörd polis əməkdaşı şəhid olub, biri yaralanıb.
Anadolu Agentliyinin məlumatına görə, hadisə yola basdırılmış partlayıcının uzaqdan işə salınması nəticəsində baş verib. Polis maşınının hərəkət etdiyi yol partladılıb.
İkinci terror hadisəsi isə bölgənin Beytüşşebap rayonunda baş verib. PKK-çılar tərəfindən hərbi helikopterin atəşə tutulması nəticəsində bir əsgər şəhid olub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiyenin_Sirnak_bolgesinde_daha_5_nefer_terrorun_qurbani_oldu-876486

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR