Hesablama Palatası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin formalaşması və istifadə vəziyyətini yoxlayacaq

17:27 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 17:22 ]


Bakı. Ramiz Mikayıloğlu - APA. Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.

 

APA-nın məlumatına görə, Kollegiya iclasında dövlət əsaslı vəsait qoyuluşundan “Bakıelektrikşəbəkə” ASC-yə ayrılan vəsaitlərin istifadəsinə, Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinin maliyyə-təsərrüfat əməliyyatlarının, eləcə də, dövlət gəlirlərinin yığılmasının və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna, həmçinin Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi üzrə gəlir və xərclərin və şöbənin saxlanılması xərclərinin icrasına dair audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

 

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb. Eyni zamanda Kollegiya iclasında dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Xətai rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına, Naxçıvan Muxtar Respublikasının büdcəsindən Naxçıvan Dövlət Texniki Kollecinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və büdcədənkənar vəsaitlərin icrasına və İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin formalaşması və istifadə vəziyyətinə dair analitik təhlil üzrə nəzarət tədbirləri üzrə audit proqramları təsdiqlənib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370414

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR