Azərbaycanda qadınları fahişəliyə cəlb edənlər tutuldu

Azərbaycanda qadınları fahişəliyə cəlb edənlər tutuldu
17:36 26 Yanvar 2015
220 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda qadınları cinsi istismara məruz qoyan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Goranboy rayon sakini Şəkər Namazovanın gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı müəyyən edilib.

Anoloji fakt Gəncədə də qeydə alınıb. Gəncə ŞBPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Əhmədov gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=321943

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR