Ilya Qrusinin: Avropa Oyunlari menim ucun en vacib startdir

Ilya Qrusinin: Avropa Oyunlari menim ucun en vacib startdir
17:48 26 Yanvar 2015
162 İdman
Ölkə mətbuatı
A- A+


Ilya Qrusinin: Avropa Oyunlari menim ucun
en vacib startdir
Baki, 26 yanvar, AzerTAc
Fevral ayi qapini doyur, Avropa Oyunlari da gunden-gune yaxinlasir. Tarixde ilk defe kecirilecek bu mohtesem yarislar idmanin 20 novunu ehate edir. Onlarin sirasinda gimnastika novleri, o cumleden bedii gimnastika, akrobatika, aerobika, qadin ve kisi idman gimnastikasi, hemcinin batut uzerinde tullanma da temsil olunacaq.
AzerTAc xeber verir ki, batut uzerinde tullanmada Azerbaycani 4 gimnast – iki oglan ve iki qiz temsil edecek. Oyunlarin Proqramina esasen onlar ferdi ve sinxron tullanmalarda cixis edecekler.
Azerbaycan Gimnastika Federasiyasinin metbuat xidmeti Avropa
Oyunlarinin mumkun istirakcisi Ilya Qrisuninden musahibe goturub.
AzerTAc hemin musahibeni oxuculara teqdim edir.
- Gimnastika ile mesgul olmaga baslamagindan danis. Neye gore idmanin mehz bu novunu secdin?
- Meni gimnastikaya anam getirib. Batut uzerinde tullanma ise meni ozune ele bagladi ki, bunsuz yasaya bilmeyeceyimi anladim.
- Nece dusunursen, idmanin her hansi diger novu sene ugur getire bilerdi?
- Elbette. Dusunurem ki, hamisinda alinardi. Eger insanda idman istedadi varsa, demeli, onun idmanin butun novlerinde perspektivi var. Meselen, menim idmanin suya tullanmaq, gimnastika, boks, futbol, xokkey... novlerinden xosum gelir.
- Sence idmanin istenilen novunde en vacib olani nedir?
- Istek ve inad. Ondan sonra rejim ve yerde qalanlar, burada bir cox aspektleri sadalamaq olar.
- Yaris gununde emosiyalarin ohdesinden nece gelirsen? Ozunu ele almagin xususi sirri varmi?
- Son vaxtlar nedendirse, heyecanlanmiram. Oz-ozume deyirem ki, basqalari da heyecanlanir. Bu, komek edir.
- Idmanda kumirin varmi?
- Beli, bu Norvec biatloncu Ule-Eynar Byorndalendir. Meni cox teeccublendirir ki, bu insan qirx yasinda Olimpiadada qalib gelmeyi nece bacarib. Onun yeddiqat olimpiya cempionu olmasi fakti ise insani hem heyretlendirir, hem de ruhlandirir.
- Yaxin planlarinizdan danisin.
- Avropa Oyunlarinda en azi burunc medal qazanmaq isterdim. Komanda cempionatinda Olimpiada-2016-ya lisenziya qazanmaq arzusundayam.
- Avropa Oyunlari senin ucun ne demekdir ve onlara nece hazirlasirsan?
- Menim ucun bu, tam yeni yarisdir. Avropa Oyunlarina cox ciddi hazirlasiram, cunki bu menim ucun en vacib start olacaq. Odur ki, hazirliq en yuksek seviyyede gedir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR