Dünən axşam saat 9 radələrində Daşkəsən rayonunda bıçaqlanma faktı qeydə alınıb. Rayonun Alaxançanlı kənd sakini, 37 yaşlı Hikmət Namazov ailəsi ilə birlikdə yolla gedərkən naməlum şəxslə aralarında mübahisə yaranıb. Nəticədə həmin şəxs Hikmət Namazovun üz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Yaralı dərhal Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Region TV

Videonu izləmək üçün şəklə klikləyin.

Ailəsinin gözü önündə kişinin üzünü doğradılar - VİDEOфото