“Kənd təsərrüfatı ili” ilə bağlı gənc müəllimlərlə görüş keçirilib

19:18 26 Yanvar 2015
113 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc 
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) gənc müəllimlərlə görüş keçirilib.
ADAU-dan AzərTAc-a bildiriblər ki, görüşdə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsi və bununla bağlı aqrar mütəxəssis hazırlığında gənc müəllimlərin rolu, onların elmi-pedaqoji fəaliyyətinin stimullaşdırılması və sosial vəziyyətləri müzakirə edilib.
Universitetin rektoru, professor İbrahim Cəfərovun bildirib ki, dövlətimizin başçısının müvafiq Sərəncamı kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi daşımaqla, ölkəmizdə kənd təsərrüfatının daha dinamik inkişafına səbəb olacaqdır.
Vurğulanıb ki, universitetdə gənc müəllimlərin elmi-pedaqoji fəaliyyətinin stimullaşdırılması məqsədilə müntəzəm olaraq onların əmək haqqına əlavələr edilir.
Tədbirdə iştirak edən gənc müəllimlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə dərin təşəkkürlərini və “Kənd təsərrüfatı ili”ndə də öz üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini bildiriblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR