Əməkdar artist İlqar Muradov rol aldığı "Bumeranq" filmi ilə bağlı açıqlama verib.

Axşam.az-ın əməkdaşı ilə söhbətində müğənni ilk dəfə aktyorluq etdiyini bildirib:

“Ekran işi Çingiz Abdullayevin əsəri əsasında çəkilib. Çəkilişlər başa çatıb, indi montaj işləi gedir. Aktyorluq çox çətin peşədir. Rejissor Yavər Rzayev mənə dəstək oldu. İşin öhdəsindən gələ bildim. Aktyorluğa görə musiqidən də uzaqlaşmışdım. Qorxurdum ki, musiqidə qazandığım reytinq aktyorluqda aşağı düşər. Amma deyirlər ki, pis alınmayıb”.

İ.Muradov bundan sonra film təklifi gəlsə, razılaşmayacağını etiraf edib:

“Çox çətin işdir, bundan sonra yenidən filmə çəkilməyi düşünmürəm. Hazırda yeni mahnılarım var, onların üstündə çalışıram”.