Bu gün start götürəcək Türkiyə Superliqasının ən bahalı klubu və futbolçusu açıqlanıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Almaniyanın transfermark.com saytında bu bərədə məlumat yayılıb.
Məlumata əsasən, Türkiyə Superliqasının ən bahalı klubu "Fənərbağça", ən bahalı oyuncusu isə "Qalatasaray" klubunun qapıçısı Musleradır. Belə ki, "sarı bülbüllər" 165,2 milyon avro dəyəri ilə Superliqaya başçılıq edir. "Fənərbağça"nı 137,3 milyon avro ilə "Qalatasaray", 126,55 miyon avro ilə "Beşiktaş" təqib edir.

Super Liqanın ən kasıb klubu 21, 95 milyon avro dəyəri olan "Mersin İdmanyurdu"dur.

"Transmark"da Superliqanın dəyəri ən bahalı futbolçuları da açıqlanıb. "Qalatasaray"ın qolkiperi Muslera 17 milyon avro ilə siyahıya başçılıq edir. Onu "Fənərbağça"dan Robin Van Persi, Luiz Nani və öz komanda yoldaşı Uesli Sneyder 15 milyon avro dəyərləri ilə təqib edirlər.

Milli.Az