Mozambikdə 117 nəfər daşqınların qurbanı olub

01:07 27 Yanvar 2015
100 Dünya
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 00:52 ]

Bakı-APA. Mozambikdə daşqınlar nəticəsində ölənlərin sayı 117-yə çatıb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ötən ilin dekabrından bəri 157 mindən çox insan ölkədə tüğyan edən daşqınlardan zərər çəkib.

 

Təbii fəlakətlə bağlı ölkədə 41 yardım mərkəzi fəaliyyət göstərir. Xilasedici tədbirlər yollar və körpülərin dağılması ucbatından çətinləşir.  Yanvarın 11-dən ölkədə fövqəladə vəziyyət elan olunub.

 

Xatırladaq ki, 2013-cü ildə Mozambikdə 100-dən çox insan daşqınların qurbanı olmuşdu, 250  min sakin isə təbii fəlakət zonasını tərk etməyə məcbur olmuşdu.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370457

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR