Yol nişanı sürücülər və piyadalar üçündür. Bakının Sabunçu rayonunda isə yol nişanı ayaqlar altında qalıb. Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yol nişanı artıq bir aydır aşıb. Hər gün oradan polis inspektorları keçsə də, bu problemi "görən yoxdur". Yol nişanı isə piyada səkisi ilə gedib-gələn insanların ayaqları altında qalıb.
Bakı Siqnal İdarəsindən Milli.Az-a bildirildi ki, bu məsələni ərazidə xidmət aparan yol polisi nəzarətdə saxlamalı və yaranmış problem barədə xəbər verməlidir. Həmin əraziyə baxış keçiriləcək və problem aradan qaldırılacaq.
Gülər
Milli.Az