Tokio, 17 avqust, AZƏRTAC
Avqustun 16-da axşam böyük tonqallar Yaponiyanın qədim paytaxtı Kiotonun səmasını işığa qərq edib. Bununla da hər il avqustun 13-dən 16-dək qeyd olunan Bon buddist festivalı başa çatıb.
Kiotonun yaxınlığındakı dağın ətəyində yandırılan tonqallardan biri “böyük” heroqlifinin formasında olub. Bundan sonra gəmi, məbədə giriş və digər heroqlif formasında olan daha dörd tonqal 30 dəqiqə fasilə ilə yandırılıb .
Bu bayramın tarixi kökləri deyilənlərə görə, çox qədimlərə gedib çıxır. Tonqalları yandırmaqla yerli sakinlər Bon festivalı zamanı evlərini ziyarətə gəlmiş xələflərinin ruhlarını geriyə yola salırlar.
Bayramın sonuncu günündə havanın yağışlı olmasına baxmayaraq, yerli sakinlər və turistlər tonqalları daha yaxşı görmək üçün hündür binaların üzərində əvvəlcədən yer tutublar.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
Yaponiyanın qədim paytaxtı Kiotoda Bon festivalı başa çatıb
Yaponiyanın qədim paytaxtı Kiotoda Bon festivalı başa çatıb
Yaponiyanın qədim paytaxtı Kiotoda Bon festivalı başa çatıb