Metroda nasazlıq: sərnişinlər düşürüldü

Metroda nasazlıq: sərnişinlər düşürüldü
10:14 27 Yanvar 2015
195 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Bu gün Bakı metrosunun Dərnəgül - Həzi Aslanov xətti istiqamətində hərəkət edən qatarda gecikmə yaranıb.


 

APA-Economics”in məlumatına görə, səhər saat 08:20 radələrində metronun 23 saylı qatarının 4-cü vaqonunun qapılarında nasazlıq baş verib.

 

Məsələ ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, nasazlıq metronun “Nizami” stansiyasında olub. “Yaranmış vəziyyət nəticəsində sərnişinlər həmin stansiyada düşürülüb və qatar depoya gedib. Onun yerinə ehtiyat qatar xətə buraxılıb”, - deyə N. Paşayev qeyd edib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191564

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR