Bakı, 27 yanvar, AzərTAc
Yanvarın 27-də “Şüa” idman-sağlamlıq kompleksində stolüstü tennis üzrə “TOP-16” turnirinə start verilib.
Azərbaycan Stolüstü Tennis Federasiyasından AzərTAc-a bildiriblər ki, federasiyanın təşkilatçılığı ilə keçirilən yarışın məqsədi ən güclü 3 oğlan və 3 qız idmançısını müəyyən etmək, gənclərin stolüstü tennisə marağını artırmaqdır.
Tədbir şəxsi formatda və beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilir.
Turnirə yanvar ayının 28-də yekun vurulacaq.
Qaliblərə Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunacaqdır.