Bakı, 24 avqust, AZƏRTAC
"Bakcell" şirkətinin "Ulduzum" proqramı "Telecoms World" tərəfindən Orta Şərq, Mərkəzi və Şərqi Asiya və Şimali Afrika ölkələrində fəaliyyət göstərən 250 namizəd arasında ən yaxşı istehlakçı xidmətləri göstərən beş şirkət sırasına daxil olub.
"Bakcell"dən AZƏRTAC-a bildirilib ki, şirkət sentyabrda Dubayda keçiriləcək "The Telecoms World Middle East Awards 2015" mükafatlandırma mərasimində "Ən yaxşı istehlakçı xidmətləri" kateqoriyasında birinci yerə çıxmaq şansına sahibdir.
"Bu gün abunəçi bazamızın təxminən 45 faizi "Ulduzum" proqramından aktiv şəkildə istifadə edərək müxtəlif imtiyazlardan yararlanır. "Ulduzum" Azərbaycanda olan ən uğurlu loyallıq proqramıdır və inanırıq ki, bu proqram uğurlarını davam edərək gələcəkdə "Bakcell" şirkətinə daha da çox abunəçi cəlb etməklə yanaşı nüfuzlu mükafatlar qazandıracaq", - deyə şirkətin baş marketinq direktoru Mariya Toyçeva bildirib.