"Fənərbağça" Türkiyə Superliqasının 2-ci turunda "Rizespor"la bərabərə qalıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "sarı lacivərdlilər"in keçmiş qapıçısı Rüştü Rencber komandanın oyununu dəyərləndirib.
"Fənərbağça"nın ilk hissədəki futbolunda çatışmazlığa gələk. Diyeqonun cinahdan tez-tez mərkəzə reyd etməsi lazımdır. Hətta Naninin yanına qədər getməlidir. Van Persi və Fernandao tandemindən biri irəlidə qalmalıdır. Əgər "Rizespor" ilk hissədə "Fənərbağça"nın qapısına zərbələr endirə bildisə, səbəbi bunlardır. Bu sistemlə "Fənərbağça" səfər oyunlarında çox çətinlik çəkəcək".
Milli.Az