Azərbaycanlı "qanuni oğru" tutuldu (FOTO)

Azərbaycanlı "qanuni oğru" tutuldu (FOTO)
16:31 27 Yanvar 2015
271 Ölkə
Ölkə mətbuatı
A- A+

Moskvada azərbaycanlı "qanuni oğru" saxlanılıb.

ANS PRESS-in Praym-Kraym-a istinadən verdiyi məlumata görə, həmyerlimiz dünən paytaxt Moskvadakı kafelərdən birində ələ keçirilib.

Rusiyanın Daxili İşlər Nazirliyinin əməkdaşları 54 yaşlı azərbaycanlı "qanuni oğru", kriminal aləmdə Yunus Yasamalski kimi tanınan Yunus Nəzərovu dostları ilə kafedə ad günü keçirərkən saxlayıb.

Polislər Azərbaycan vətəndaşının Rusiya ərazisində qanunsuz yaşadığını müəyyən ediblər.

Bundan sonra avtoritetin Azərbaycana deportasiya edilməsi üçün Federal Miqrasiya Xidmətinə müraciət edilib.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=322195

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR